Modern.az

Finlandiya şirkəti Rusiya bazarını tərk etdi

Finlandiya şirkəti Rusiya bazarını tərk etdi

İqtisadiyyat

24 Oktyabr 2023, 11:58

Finlandiyanın lift istehsalçısı olan "Kone" şirkəti Rusiya bölməsinin satışını başa çatdıraraq Rusiya Federasiyasını tərk edib.

 

Modern.az xəbər verir ki, “Kommersant”ın məlumatına görə, onun biznesini Rusiyanın "S8 Capital" şirkəti alıb.

 

Əməliyyatın məbləği 0.5-1 milyard rubl arasında qiymətləndirilə bilər. Sövdələşmə müvafiq orqanlar tərəfindən təsdiqlənib və "Kone"nin indi tamamilə Rusiyadan kənarda olması deməkdir. Əməliyyatın məbləği açıqlanmayıb.

 

"S8 Capital" balansında "Kone"nin Rusiya aktivlərinə malik "Lift Connect"i satın alıb. Söhbət 7 min avadanlığın, o cümlədən 6 regionda sürətli liftlərin daxil olduğu xidmət portfelindən gedir. Şirkətdə 300 mütəxəssis çalışır, onlar öz işlərini davam etdirəcəklər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi