"Yandex Go" Özbəkistanda vergi rezidenti olan hüquqi şəxs kimi qeydiyyata alınıb.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu şirkətin MDB üzrə rəhbəri Kiril Svintsov açıqlayıb.
Bildirilib ki, dekabrın 1-dən etibarən xidmət Özbəkistanda işə başlamaq niyyətindədir. Əvvəllər ölkə hakimiyyəti şirkətə qeydiyyatdan keçməkdən imtina etdiyinə görə bloklayacağı barədə xəbərdarlıq edib.
“Hazırda biz bütün prosesləri yekunlaşdırırıq, Vergi Komitəsi ilə daimi dialoqdayıq”, - deyə Svintsov bildirib.
Oktyabrın əvvəlində Özbəkistanın Vergi Komitəsi "Yandex Go"dan dekabr ayına qədər vergi rezidenti kimi qeydiyyatdan keçməsini tələb edib. Əks halda dekabrın 1-dək bloklanacağı diqqətə çatdırılıb.