Modern.az

Taleh Kazımov bank rəhbərlərini TOPLADI

Taleh Kazımov bank rəhbərlərini TOPLADI

İqtisadiyyat

26 Oktyabr 2023, 08:10

Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti dəfə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.

Bildirilib ki, görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələri müzakirə olunub.

"Həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik. Eləcə də ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq", - deyə baş bankir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi