Modern.az

Azərbaycan neftinin büdcə qiyməti nə qədər olacaq?

Azərbaycan neftinin büdcə qiyməti nə qədər olacaq?

İqtisadiyyat

2 Noyabr 2023, 11:26

Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markalı neftin barelinin qiyməti 60 ABŞ dollar kimi qeyd olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunub.

 

Neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla, dövlət büdcəsinin neft gəlirlərinin 2024-cü ildə baza ssenariyə (60 ABŞ dolları) nəzərən pessimist ssenaride (40,0 ABŞ dolları) 847,4 milyon manat az, optimist ssenaridə (80,0 ABŞ dolları) isə 845,9 milyon manat çox olacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi