Modern.az

Mərkəzi Bankın sədri şirkət rəhbərləri ilə GÖRÜŞDÜ

Mərkəzi Bankın sədri şirkət rəhbərləri ilə GÖRÜŞDÜ

30 Oktyabr 2023, 10:38

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə növbəti görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüş zamanı cari ilin 9 ayı ərzində ölkədə kapital bazarlarının inkişafı istiqamətində həyata keçirilən işlər və bu sahənin maliyyə sistemindəki rolu müzakirə edilib.

 

"Görüşdə ölkənin kapital bazarlarında mövcud olan investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektivlər, həmçinin kapital bazarlarının tendensiyaları və çağırışları ətrafında fikir mübadiləsi apardıq" - AMB sədri öz "Twitter" hesabında qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi