Modern.az

Gələn il Azərbaycanın xarici borcunun yuxarı həddi bu qədər olacaq

Gələn il Azərbaycanın xarici borcunun yuxarı həddi bu qədər olacaq

30 Oktyabr 2023, 16:52

2024-cü il üçün Azərbaycan Respublikasının daxili borclanmasının yuxarı həddi 2300,0 mln. manat, xarici borclanmanın yuxarı həddi 1700,0 mln. manat, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 700,0 mln. manat məbləğində müəyyən edilib.

Modern.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Növbəti ildə limitin xarici borclanma üzrə cari ilə nisbətən 126,7%, daxili borclanma üzrə 27,8% artırılması, dövlət zəmanəti üzrə isə 30,0% azaldılması nəzərdə tutulub.
 

2024-cü ildə birbaşa xarici dövlət borcu üzrə 2363,0 mln. manat (1390,0 mln. ABŞ dolları), o cümlədən 2024-cü ildə vaxtı çatan beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş xarici valyuta nominallı dövlət qiymətli kağızları (avrobondlar) üzrə 1530,0 mln. manat (900,0 mln. ABŞ dolları) əsas borc ödənişlərinin xarici investorlara geri ödənilməsi proqnozlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi