Modern.az

"Volkswagen" "ID.7 Tourer" elektrik universalı istehsal edəcək

İqtisadiyyat

31 Oktyabr 2023, 10:54

"Volkswagen" brendin ilk elektrik sedanı olan "ID.7" əsasında hazırlanacaq "ID.7 Tourer" elektrik universalını elan edib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, yeni məhsul yalnız 5 nəfərlik salonla 545 litr baqaj həcmini (arxa oturacağın arxasının hündürlüyünə qədər yükləndikdə) təmin edəcək yeni kuzov tipində fərqlənəcək.

 

Arxası qatlanarsa, təxminən 2 metr uzunluğunda 1714 litrlik bir yük bölməsi əldə etmək mümkündür.

 

"ID.7" sedanı kimi, "ID.7 Tourer" universalı Almaniyanın Emden şəhərindəki Volkswagen zavodunda istehsal olunacaq. Yeni modelin debütü 2024-cü ildə gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi