Əfqanıstan Özbəkistandan tranzit rüsumlarını azaltmağı xahiş edib.
Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, Kabildə keçirilən hökumətlərarası görüşdə Əfqanıstan tərəfi bu ölkədə istehsal olunan malların Özbəkistan ərazisindən tranzitinə görə rüsumların azaldılmasını istəyib.
Özbəkistan Nəqliyyat Nazirliyindən verilən məlumata görə, hər iki ölkənin milli daşıyıcılarından alınan rüsumların müqayisəsi və həlli yollarının tapılması üçün birgə işçi qrupu yaradılıb.
Qeyd edək ki, 2021-ci ilin avqustunda Taliban qruplaşması Əfqanıstanda hakimiyyəti ələ keçirib.