Modern.az

Maliyyə bazarlarında zəruri və fundamental tədbirlərə başlanılacaq

Maliyyə bazarlarında zəruri və fundamental tədbirlərə başlanılacaq

1 Noyabr 2023, 10:20

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun noyabrın 9-da qüvvəyə minəcək. Bundan sonra maliyyə bazarlarında ödəniş effektivliyinin formalaşdırılması istiqamətində zəruri və fundamental tədbirlərə başlanılacaq”.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən VII Beynəlxalq bankçılıq forumunda bildirib.

 

"Qarşıda strateji hədəfimiz növbəti dövr ərzində açıq bankçılıq platforması konsepsiyasının formalaşdırılması, açıq bankçılıqdan açıq maliyyəyə keçidin sürətləndirilməsidir. Bu keçid bizə imkan verəcək ki, bank sektoru ilə yanaşı sığorta və digər kapital bazarları sahəsində də açıq məlumatların paylanması imkanlarını təşviq edək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi