Modern.az

Taleh Kazımov iqtisadi artım proqnozunu AÇIQLADI

Taleh Kazımov iqtisadi artım proqnozunu AÇIQLADI

1 Noyabr 2023, 15:36

Azərbaycan Mərkəzi Bankı gələn il üçün ümumdaxili məhsulda artımla bağlı proqnozunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.

 

O bildirib ki, 2023-cü ildə ÜDM-də 1,5% artım proqnozlaşdırılıb. 2024-cü il üzrə bu göstərici 3,5%, 2025-ci il üzrə 4% müəyyən edilib.

 

Taleh Kazımov qeyd edib ki, AMB qeyri-neft ÜDM-i bu il üzrə 3%, 2024-cü ildə 6% və 2025-ci ildə 5,5 % proqnozlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi