Modern.az

Hesablama Palatasının gələnilki xərclər smetası açıqlandı

Hesablama Palatasının gələnilki xərclər smetası açıqlandı

7 Noyabr 2023, 18:22

2024-cü il üzrə Hesablama Palatası Aparatının xərclər smetası 11 424 588 manat olacaq.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, bu, 2023-cü illə müqayisədə 7,5 % çoxdur.

 

Gələnilki vəsaitin 10 361 232 manatı əməyin ödənişi üçün nəzərdə tutulub. Bu isə bu ilə nisbətən 8,3 % çoxdur.

 

O cümlədən, ştatda olan işçilərin əməkhaqqına 7 540 812 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 54 670 manat xərclənəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi