“Xüsusi təyinatlı alışlar istisna olunmaqla Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin 559.2 milyon manat artırılmasını ölkəmizin bu sahədə yaranan və yanacaq təhlükələrən qorunması baxımıdan məqbul hesab edirik. Ərazimizdə münaqişə bitsə də, sərhədlərimizdən kənarda bizim üçün təhlükələrin mövcudluğu bu sahədə əlavə tədbirlərin görülməsini vacibdir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
“Təhsilə ayrılan xərclərin 142.8 mln manat artırılmasını məqbul hesab edirik. Bu istiqamətlərdə aparılan istlahatların, xüsusilə də, Tələbə Krediti fonduna əlavə 8 mln manat vəsaitin ayrılmasnı, sertfikatlaşmadan keçən müəllimlərin əmək haqqlarının artırılmasını, dövlət hesabına təhsil alanların sayının 10 645 nəfər artırılaraq 137 minə çatdırılmasını müsbət hesab edirik.
Keçmiş məcburi köçkün, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil şəxslərin övladları olan tələbələr, döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslər və sair güzəştli kateriqoriya aid şəxslərin təhsili üçün dövlət büdcəsindən 37.9 mln vəsait ayrılmasını sosial dəstək baxımından vacib hesab edirik”.
"Konseptual olaraq hesab edirik ki, artıq büdcə təşkilatları üçün vərdiş halını almış bu və ya digər istiqamətlər üçün büdcə vəsaitinin istənilməsi və ayrılması təcrübəsindən tədricən uzaqlaşaraq, sosial-iqtisadi siyasətin məqsədlərinə çatmaq üçün maliyyə təminatının istənməsinə, ayrılmasına və icrasına nəzarətə nail olmaq lazımdır. Bu istiqamətdə müəyyən işlər artıq görülməkdədir, amma daha çox işlərin də görülməsinə ehtiyac vardır", - deputat əlavə edib.