Modern.az

Bu məsələ Mərkəzi Bankı narahat edir - Taleh Kazımov

Bu məsələ Mərkəzi Bankı narahat edir - Taleh Kazımov

13 Noyabr 2023, 12:48

"Mərkəzi Bankı narahat edən bir məqamı qeyd etmək istərdim. Bir ilədək əmanətlərin ümumi əmanətlərdə payı 81 faiz təşkil edir. Bu isə o deməkdir ki, bizim banklarımızın uzun müddətli maraqları kifayət qədər deyil ki, biznes kreditlərini aktiv versinlər".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı  Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. 

 

"Digər tərəfdən 30 minədək olan əmanətçilərin sayı ümumi əmanətçilərin sayında 73 faiz təşkil edir. Bu o deməkdir ki, əhali daha çox 30 minədək əmanətlər yerləşdirir. Burada isə fevral ayından azalma müşahidə edirik", - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI