Modern.az

Milli pul nişanları ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

Milli pul nişanları ilə bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

İqtisadiyyat

14 Noyabr 2023, 17:28

Azərbaycanda milli pul nişanlarının reproduksiyasını (bənzədilmiş surətdə hazırlanması) tənzimləyən yeni qaydalar təsdiq edilib.

 

Bu barədə Modern.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası” 3 noyabr 2023-cü il tarixindən qüvvəyə minib.

Qayda ilə milli kağız və metal pul nişanlarının reproduksiyasına dair tələblər, o cümlədən pulların reproduksiyası zamanı ölçülərinə dair tələblər, elektron reproduksiyaya qarşı keyfiyyət parametrləri müəyyən edilir. Reproduksiya qaydalarının tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək