Modern.az

Azərbaycan qaz ixracını 8%-dən çox ARTIRIB

Azərbaycan qaz ixracını 8%-dən çox ARTIRIB

İqtisadiyyat

15 Noyabr 2023, 09:36

Bu ilin 10 ayında Azərbaycandan 19,8 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 8,2% çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

Məlumata görə, hesabat dövründə Avropaya 9,8 mlrd. kubmetr, Türkiyəyə 8,1 mlrd. kubmetr, Gürcüstana isə 1,9 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP kəməri vasitəsi ilə Türkiyəni 4,7 mlrd. kubmetr qazla təchiz edib.

 

Qeyd olunub ki, hesabat dövründə ölkədə neft-kondensat hasilatı 25,3 mln. ton, ixracı isə 21 mln. ton olub. Bu dövrdə 4.2% artımla hasil edilmiş 40,1 mlrd. m3 qazın 19,8 mlrd. kubmetri ixrac olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi