Modern.az

Deputat kredit faizlərindən gileyləndi: Həddindən artıq yuxarıdır

Deputat kredit faizlərindən gileyləndi: Həddindən artıq yuxarıdır

İqtisadiyyat

15 Noyabr 2023, 11:13

Bu gün Azərbaycanda 40 yaxın bank fəaliyyət göstərir. Özəl bank sisteminin olması qarşılıqlı rəqabətin yaranması üçün vacibdir. Bu gün vətəndaşlarımızın ala biləcəyi kreditlərdə faizlər həddindən artıq yuxarıdır. Demək olar ki, banklarda faizlər 14%-dən başlayır. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib. 

 

“Məsələn, vətəndaş hər hansı təsərrüfat üçün kredit götürürsə, ilboyu krediti qaytarmaq onun üçün çətin olacaq. Bu vəsaiti qaytarmaq üçün vətəndaş faizə işləməlidir. Eyni zamanda bu gün ölkədə bankların xarici banklarla əməkdaşlıqları demək olar ki, sıfır səviyyəsindədir. Bu kimi əməkdaşlıqlara diqqət yetirmək lazımıdır. Bank sistemi ölkənin qan-damar sistemini təşkil edir. Ona görə də bu sahəyə xüsusi diqqət yetirmək lazımıdır”, - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI