“Proqnozlara təsir edən çoxsaylı daxili və xarici faktorlar var. Onların dəyişməsindən asılı olaraq rüblük olaraq bu proqnozlar yenilənir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib.
“Görünən odur ki, bütövlükdə inflyasiya göstəricilərinə təsir edən əsas faktorlarda müəyyən yaxşılaşma hiss olunsa da, yəni bütövlükdə qlobal əmtəə qiymətlərində azalma, idxal olunan inflyasiyanın bizim inflyasiya göstəricilərinə əhəmiyyətli təsir etdiyi tərəfdaş ölkələrdə inflyasiya göstəricilərində əhəmiyyətlə azalma olsa da, bütövlükdə gözləntilərdə volatillik qalmaqdadır. Ona görə də biz bu volatilliyi, risklər balansını nəzərə alaraq kifayət qədər ehtiyatlı və konservativ qərarların qəbul edilməsinin tərəfdarıyıq. Monetar siyasət haqqında qərarların qəbulu zamanı da məhz inflyasiya gözləntilərində dayanıqlıq təmin olunduqdan sonra yumşalma tsiklinə daxil olmaq olur”,- deyə o bildirib.