Modern.az

Mərkəzi Bankdan SMS məlumatlandırma qiymətlərinin artmasına REAKSİYA

Mərkəzi Bankdan SMS məlumatlandırma qiymətlərinin artmasına REAKSİYA

İqtisadiyyat

17 Noyabr 2023, 13:27

“Banklarda SMS məlumatlandırma qiymətlərinin artması haqqında bildirmək istəyirəm ki,  banklar sms məlumatlandırma qiymətlərini prosessinq mərkəzlərində alırlar. Prosessinq mərkəzləri isə bu xidmətləri mobil operatorlardan alır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib.


“Qeyd etmək istəyirəm ki, son 3 ildə SMS qiymətləndirmə tariflərində 70% artım olub. Banklar bu müddət ərzində sms məlumatlandırma  xidmət haqlarını artırmalayıblar, yalnız indi  bu artıma gediblər. Sosial kartlarında  sms məlumatlandırma üzrə isə xidmət haqqı alınmır. Sosial kartlar dedikdə 2.3 milyondan çox sosial və pensiya kartları nəzərdə tutulur. 


Digər məsələ isə bəzi banklar sms məlumatlandırma xidmətlərində imtina ediblər. Belə ki, banklar mobil proqramlar istifadə olunur və məlumatlar  online şəkildə ötrülür”,- deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI