Modern.az

Gürcüstanda işsizlik səviyyəsi - STATİSTİKA

Gürcüstanda işsizlik səviyyəsi - STATİSTİKA

20 Noyabr 2023, 15:56

Gürcüstanda işsizlik səviyyəsi ilin üçüncü rübdə dəyişməz qalıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb.

 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə eynilik - 15,6% təşkil edib. Ümumilikdə ölkədə 252,2 min (+0,6%) işsiz var.

 

Gürcüstanda 943,2 min muzdlu işçi (+3,2%) var, özünüməşğullluq üzrə say 422,8 mindir (-4,8%). Kənd yaşayış məntəqələrində işsizlik şəhərlərə (16,7%) nisbətən aşağıdır (13,9%). Kişilər arasında işsizlik (17,7%) qadınlardan (12,8%) yüksəkdir.

 

Əmək qabiliyyətli iqtisadi fəal əhali (15 yaş və yuxarı) 53,6% təşkil edir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi