Modern.az

Azərbaycan neftinin qiyməti 2 dollardan çox UCUZLAŞDI

Azərbaycan neftinin qiyməti 2 dollardan çox UCUZLAŞDI

İqtisadiyyat

23 Noyabr 2023, 09:44

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 2 dollardan çox ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları, yaxud 2,99 % azalaraq 83,17 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi