Modern.az

Azərbaycanda gələn il devalvasiya olacaq? - Neft gəlirləri azalır...

Azərbaycanda gələn il devalvasiya olacaq? - Neft gəlirləri azalır...

27 Noyabr 2023, 12:14

Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilir. Belə ki, sentyabr ayından sonra neftin qiymətində 16.0 faiz azalama qeydə alınıb. Bəzi ekspertlər azalmanın davamlı olacağını bildirib.

 

Ötən həftə sonu keçirilməsi planlaşdırılan OPEC+ toplantısı noyabrın 30-na təxirə salınıb. Qərb mətbuatı yazır ki, toplantı Səudiyyə Ərəbistanının digər iştirakçıların neft hasilat səviyyələrindən narazı olması səbəbindən danışıqlardakı gərginliyə görə təxirə salınıb. İyul ayından etibarən gündəlik hasilatı əlavə 1 milyon barel azaldan Səudiyyə Ərəbistanının digər üzvlərlə hasilat səviyyəsi ilə bağlı danışıqlar apardığı deyilir. Səudiyyə Ərəbistanı ölkələri hasilatın mövcud azaldılması səviyyəsini ən azı gələn ilin birinci yarısı üçün saxlamağa razı salmağa çalışır. Lakin əksər dövlətlər bununla razılaşmır.

 

Xam neft sentyabr ayında pik həddindən təxminən 18 faiz geriləyərək bir barel üçün 79 dollara düşüb. Gələn il bazarda neft profisit olacağı barədə iddialar səsləndirilir.

 

Hazırda Azərbaycanın da neft gəlirlərində azalması prosesi baş verir.Bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib ki, bu azalma iki faktorla bağlıdır, biri dünyada qlobal dekarbonlaşma meylləri, digəri neft yataqlarımızdan hasilatın azalması proseləridir: "Bunlar büdcə gəlirlərinə mənfi təsir göstərir. O təsirin azaldılması qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Növbəti ilin büdcə layihəsində qeyri-neft sektorundan daxilolmalar artır. Gələn il üçün də bu artımın olması istisna deyil. Gələn il də əhəmiyyətli artımlar gözlənilir. Amma bu artımlar neft gəlirlərinin azaldılmasını tam kompensasiya etmir".

 

Bir sıra ekspertlər neft gəlirlərində azalmanın davam edəcəyi təqdirdə Azərbaycan manatının təhlükəyə düşə biləcəyi ilə bağlı bədbin proqnozlar səsləndirir. Hətta devalvasiyanın ola biləcəyi iddia olunur.

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov neft qiymətlərinin gələn il Azərbaycan üçün təhlükələr törədəcəyinə inanmadığını bildirib:

 

“Dünya bazarında neftin qiymətləri enir. Lakin bunun davamlı xarakter daşıyıb-daşımayacağı məlum deyil.  Çünki neftin dünya bazarlarında qiyməti oynaq xarakter daşıyır. Bir müddət ucuzlaşma olur. Qısa müddətdən sonra  bahalaşma qeydə alınır. Ümumilikdə isə gələn il neftin qiymətinin Azərbaycan üçün müəyyən təhlükələr törədəcəyini gözləmirəm".

P.Heydərov söyləyib ki, 2024-cü ildə manatın məzənnəsinə ciddi təhlükə gözlənilmir:

 

“Neft hasilatı azalır və ixracımız aşağı düşür. Bunun özünün gəlirlərimizə adətən əlavə mənfi təsirləri var. Lakin 2024-cü ildə manatın məzənnəsi üçün heç bir ciddi təhlükə gözlənilmir. Hazırda qarşıya qoyulmuş əsas hədəf  qeyri-neft sektorunu inkişaf etdirmək, bu istiqamətdə ixracı artırmaqdır. Buna nail olunarsa, manatın dəyərinin formalaşmasında bazar qanunları əsas rol oynayacaq. Beləliklə də, Mərkəzi Bank manatın dəyərini sərbəst üzən məzənnə rejiminə keçirəcək. Amma bu yaxın prespektivdə gözlənilmir”.

 

O sonda vurğulayıb ki, 2024-cü ildə devalvasiya gözlənilmir.

 

İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, ölkənin neft hasilatının həcmlərində uzun müddətdir ki, ümumi dinamikada azalmalar var:

 

"Neft quyularının potensiallarının getdikcə azalması hasilatın aşağı düşməsinə səbəb olur. Bu isə ixracın həcminə təsir göstərir. Beləliklə də, neftdən gələn gəlirlər aşağı düşür. Nəticədə, büdcə daxilolmaları da azalacaq. Əvəzində qeyri-neft sektoru üzrə daxilolmalarda artım var".

E.Əmirov buna baxmayaraq, büdcənin icrası, gəlir mənbəyinin formalaşması istiqamətində problem olmadığını qeyd edib:

 

"Əvvəlki illərdən fərqli olaraq, artıq qaz istehsalı həcmi getdikcə artır. Bu, qaz ixracından əldə olunan gəlirlərin artması deməkdir. Buna görə də büdcənin icrasında hər hansı problemin yaşanacağı gözlənilmir. Burada manata hər hansı təzyiqdən də söhbət getmir. Manata təzyiqlərin qarşısını almaq üçün ölkənin kifayət qədər valyuta ehtiyatları var. Eyni zamanda dollara olan tələbat kifayət qədər aşağı dinamika üzrə davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı