Modern.az

Gələn ilin noyabr ayında MÜSİAD-2024 EXPO keçiriləcək- Rəşad Cabirli

Gələn ilin noyabr ayında MÜSİAD-2024 EXPO keçiriləcək- Rəşad Cabirli

İqtisadiyyat

30 Noyabr 2023, 18:06

Bu gün MÜSİAD Azərbaycanda mətbuat konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli qarşıda duran vəzifələrdən danışıb.

 

O, MÜSİAD Azərbaycanın hədəflərinə doğru inamla addımladığını bildirib.

 

"Bu il artıq yekunlaşır. Keçən 11 ay ərzində 56 proqramda iştirak etmişik, 14 qurum tərəfimizdən ziyarət edilib, ölkəxarici 11 təlim və altı ənənəvi səhər yeməyi təşkil etmişik. Bu ilin strateji planı ötən ildən hazırlanıb və biz bu strateji plana əsasən, builki fəaliyyətlərimizi həyata keçirmişik",- deyə R.Cabirli qeyd edib.

 

Sədr ilin sonuna qədər Kənd Təsərrüfatı və Qida Forumunun keçiriləcəyini deyib:

 

"Bu forum, 13-14 dekabr tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı nazirliyi, KOBİA və MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək. Foruma qardaş Türkiyədən 50-ə yaxın iş adamı qatılacaq və tədbir sonrası biz, Quba-Xaçmaz bölgəsinə səfərlər təşkil edəcəyik və Azərbaycanda fəaliyyət sahələrinə uyğun sahibkarlarla görüşlər keçirəcəyik".

 

Rəşad Cabirli "MÜSİAD İnvest"in açıldığını və bu istiqamətdə Azərbaycana çoxsaylı investisiyaların cəlb edilməsi prosesini həyata keçirdiklərini diqqətə çatdırıb:

 

"Vizyonumuz daxilində və Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində, ticari əməkdaşlıqlar həyata keçiririk. Son dövrlərdə Azərbaycana investisiya yatırmaq istəyən iş adamlarının sayı artır. Bu ziyarətlər kontekstində bir çox tədbirlər təşkil edilməli və təqdimatlar həyata keçirilməlidir. İqtisadiyyat Nazirliyimiz çərçivəsində "Azərbaycana gəlmək üçün 101 səbəb" adlı hesabat hazırlanlb. Bu hesabatda da ticari, iqtisadi, turistik səbəblər qeyd olunub".

 

Sədr əlavə olaraq qeyd edib ki, gələn ilin noyabr ayında MÜSİAD-2024 EXPO keçirilməsi planlaşdırılır. Bu tədbirin də Türk dövlətlərindən birində təşkili gözlənilir.

 

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD 33 yaşını qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi