Modern.az

Gələn ilin büdcə layihəsinə təklif olunan DƏYİŞİKLİKLƏR

Gələn ilin büdcə layihəsinə təklif olunan DƏYİŞİKLİKLƏR

İqtisadiyyat

1 Dekabr 2023, 12:38

"2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bəzi daxili dəyişikliklər edilib.

 

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

 

"Sənəddə mənzil və kommunal təsərrüfat bölməsi üzrə 364 milyon 783 min 119 manat rəqəmi, 367 milyon 83 min 119 manat rəqəmi ilə, kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 109 milyon 893 min 587 manat rəqəmi, 1 milyard 102 milyon 593 min 587 manat rəqəmi ilə, ətraf mühitin mühafizəsi bölməsi üzrə 376 milyon 822 min 901 manat rəqəmi, 376 milyon 872 min 901 manat rəqəmi ilə, əsas bölməyə aid edilməyən xərclər bölməsi üzrə 1 milyard 392 milyon 674 min 201 manat rəqəmi, 1 milyard 390 milyon 324 min 201 manat rəqəmi ilə əvəz ediləcək", - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi