Modern.az

Ermənistan Aİİ-də gömrük tariflərinin dəyişdirilməsini istəyir

Ermənistan Aİİ-də gömrük tariflərinin dəyişdirilməsini istəyir

İqtisadiyyat

1 Dekabr 2023, 13:34

Ermənistan Aİİ çərçivəsində avtomobillərin gömrük tarifləri ilə bağlı müzakirələr aparır.

 

Modern.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan "Sputnik Armenia"ya Ermənistan Nazirlər Kabinetinin qərarını şərh edərkən deyib.

 

"Aİİ müxtəlif ölkələrin bərabər səs hüququna malik olduğu platformadır. Təbii ki, iştiraka və təkliflərə ehtiyac gördüyümüz məsələlərdə bunu edirik", - o qeyd edib.

 

İlin sonuna kimi Ermənistan hökuməti üçüncü ölkələrdən Ermənistana müvəqqəti gətirilən avtomobillərin gömrük rəsmiləşdirilməsinə 40-70% subsidiya verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi