Modern.az

Hotel və sanatoriyaların əmlak vergisi azaldılır

Hotel və sanatoriyaların əmlak vergisi azaldılır

İqtisadiyyat

4 Dekabr 2023, 12:18

Növbəti ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi  azaldılacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsində” qeyd olunur.

 

2024-cü ildən 3 il müddətinə 75 % Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi  azaldılacaq. Qeyd olunur ki, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvanda hotel və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi azaldılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI