Modern.az

Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı

Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı

İqtisadiyyat

5 Dekabr 2023, 09:24

"Azeri Light" markalı Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,91 ABŞ dolları, yaxud 3,40 % azalaraq 82,68 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi