Modern.az

Azad edilmiş rayonlarda bu il yaradılan fiziki və hüquqi şəxslərin SİYAHISI

Azad edilmiş rayonlarda bu il yaradılan fiziki və hüquqi şəxslərin SİYAHISI

İqtisadiyyat

6 Dekabr 2023, 10:40

2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 101 yeni müəssisə və təşkilat, 1783 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

 

Modern.az Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 42.3%, fərdi sahibkarlıq subyektlərinin sayı 5.6% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 71 yeni müəssisə və təşkilat ,1688 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

 

Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə (22) və fərdi sahibkarlıq subyekti (695) Ağdamda yaradılıb.

 

Aşağıdakı cədvəldə, cari ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq subyektlərinin siyahısı verilib.

 

Azad edilmiş Rayonlar Müəssisə və təşkilatlar Fərdi sahibkarlar
Ağdam 22 695
Füzuli 11 462
Laçın 14 154
Qubadlı 10 142
Cəbrayıl 15 109
Zəngilan 11 77
Kəlbəcər 9 58
Xocavənd 3 37
Şuşa 6 35
Xocalı - 14
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR