Modern.az

Dövlət Neft Fondunun gələn ilki büdcəsi müzakirə olundu

Dövlət Neft Fondunun gələn ilki büdcəsi müzakirə olundu

İqtisadiyyat

9 Dekabr 2023, 13:06

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Modern.az xəbər verir ki, dekabrın 8-də Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi