Modern.az

Azərbaycan və Türkiyə Qarabağda kiçik su elektrik stansiyalarını bərpa edəcək

Azərbaycan və Türkiyə Qarabağda kiçik su elektrik stansiyalarını bərpa edəcək

İqtisadiyyat

21 Dekabr 2023, 11:06

“Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 kiçik su elektrik stansiyasını (KSES) bərpa etməyi planlaşdırır”.

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

Onun sözlərinə görə, nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC qardaş ölkədən olan şirkətlərlə danışıqlar aparır və bu il 5 KSES-in bərpası layihəsi hazırlanıb:

 

“Bərpa işləri özəl investisiyalar hesabına həyata keçiriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi