Modern.az

Bakı-Tbilisi-Qars dəmir yolunda işlər yekunlaşır

Bakı-Tbilisi-Qars dəmir yolunda işlər yekunlaşır

İqtisadiyyat

21 Dekabr 2023, 13:00

Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin genişləndirilməsi işləri yekunlaşmaq üzrədir.

 

Modern.az xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

 

“Bakı-Tibilisi-Qars dəmiryolunun daha da genişləndirilməsinə qərar verilib. Bu işlər də yekunlaşmaq üzrədir”, - nazir müavini qeyd edib.

 

O bildirib ki, qarşıdakı illərdə infrastrukturla bağlı bir sıra həllər dayanır. Dəmir yolları ilə bağlı olaraq da müəyyən hədəflər var.

 

“Xüsusi olaraq qeyd edim ki, Osmanlı-Astara istiqamətində dəmiryollarının yenilənməsi də əsas hədəflərdən biridir”, - Rəhman Hümmətov əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi