Modern.az

İvanişvilinin sərvəti rekord həddə çatıb - 6.55 milyard dollar...

İvanişvilinin sərvəti rekord həddə çatıb - 6.55 milyard dollar...

İqtisadiyyat

27 Dekabr 2023, 13:54

Gürcüstanın sabiq baş naziri, milyarder, hakim "Gürcü Arzusu" Partiyasının liderlərindən Bidzina İvanişvilinin sərvəti rekord həddə artıb.

 

Modern.az "Bloomberg"ə istinadən xəbər verir ki, onun sərvəti 6,55 milyard dollara çatıb.

 

Nəşrin məlumatlarından belə çıxır ki, keçmiş baş nazir il ərzində 855 milyon dollar varlanıb.

 

Onun aktivləri 36% - əsas gəlirli aktivlərdə, 27% - səhmlərdə, 20% - nağd şəkildə, 12% - alternativ investisiya alətlərində, 5% - əmtəə bazarında olmaqla bölünür.

 

İvanişvili 1 milyard dollara qədər olan sənət əsərləri kolleksiyasına da sahibdir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi