"Rusiyada hər il kəsə biləcəyimiz həcm təxminən 600 milyon kubmetrdir".
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu "Roslesxoz"un rəsmisi İvan Sovetnikov deyib.
O bildirib ki, paralel olaraq meşəsalma həyata keçirilir.
"Çin Rusiyanın xam ağac məhsullarının əsas istehlakçısı olaraq qalır", - o əlavə edib.
Belə ki, Rusiya və Çin qabaqcıl ağac emalı sahəsində birgə investisiya layihələrinin təşviqi haqqında memorandum imzalayıblar.