Modern.az

Naxçıvanda ipək istehsalı müəssisəsi yaradılacaq

Naxçıvanda ipək istehsalı müəssisəsi yaradılacaq

11 Yanvar 2024, 16:12

Naxçıvanda ənənəvi baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması üçün müvafiq tədbirlər görüləcək.

 

Modern.az xəbər verir ki, bu məqsədlə ötən il oktyabrın 16-da “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 15-də müsabiqə yekunlaşıb.

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin məlumata görə, sözügedən tədbirlərin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 100.000,0 manat vəsaitin 65.136,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 34.864,0 manat məbləğində qənaət əldə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi