Modern.az

Dünya yoxsullaşır – Beynəlxalq PROQNOZ

Dünya yoxsullaşır – Beynəlxalq PROQNOZ

13 Yanvar 2024, 09:48

2024-cü ildə dünya iqtisadiyyatının artım tempi son illərlə müqayisədə üçüncü dəfə azalacaq.

Modern.az xəbər verir ki, beynəlxalq ekspertlərin fikrincə, qlobal iqtisadi prosesin hazırkı tendensiyaları göstərir ki, 1990-cı illərdən başlayaraq ən aşağı göstəricilər olacaq.

Analitiklərin fikrincə, hazırkı vəziyyət dünyanın aparıcı dövlətlərinin 2030-cu ilə qədər qarşıya qoyduğu iqtisadi hədəflərə nail ola bilməyəcəklərini göstərir.

Söhbət həmçinin Birləşmiş Millətlər Təşkilatının qeyd etdiyi prioritetlərdən, məsələn, dünyada ifrat yoxsulluğun aradan qaldırılması, istixana qazlarının emissiyasının azaldılması və digər iddialı məsələlərdən gedir. Dünya Bankının məlumatına görə, inkişaf etməkdə olan ölkələrin 25 faizinin rifah səviyyəsi pandemiyadan əvvəlki dövrlə müqayisədə aşağıdır ki, bu da qlobal miqyasda pandemiyanın iqtisadi nəticələrinin hələ də aradan qaldırılmaması deməkdir.

ABŞ-da artımın 1,6 faiz, Çində isə 4,5 faiz olacağı da proqnozlaşdırılır. Avropa və Yaponiyada artım ABŞ-dan az olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi