Modern.az

ANS-in rəhbəri Ağdamda saatqayırma zavodu TİKDİRİR

ANS-in rəhbəri Ağdamda saatqayırma zavodu TİKDİRİR

13 Yanvar 2024, 12:53

İşğaldan azad olunmuş Ağdam şəhərində “VMF” markalı saatlar istehsal edəcək zavod açılacaq.

Modern.az xəbər verir ki, bunu 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən “VMF” saatqayırma fabrikinin sahibi Vahid Mustafayev bildirib.

“Hazırda həyatımdakı ən başlıca arzularımdan birini həyata keçirməklə - Ağdamda saat zavodunun tikintisi məsələləri ilə məşğulam. İşğaldan azad edilmiş torpaqlarımızın inkişafı üçün əlindən gələni edən ilk şəxslərdən biri olmağımla hədsiz qürur duyuram”, - V.Mustafayev deyib.

Qeyd edək ki, V.Mustafayev fəaliyyəti dayandırılmış ANS teleşirkətinin rəhbəridir.

V.Mustafayevin sahibi olduğu ANS telekanalının yayımı 18 iyul 2016-cı il tarixindən dayandırılıb, ANS ÇM radiosunun lisenziyası isə ləğv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi