Süni intellektin (AI) gələcək inkişafı iş yerlərinin azalmasına, eləcə də dünyada bərabərsizliyin artmasına səbəb ola bilər.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu cür qiymətləndirmələri Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva maliyyə institutunun saytındakı bloqunda ifadə edib.
"Süni intellekt bütün dünyada iş yerlərinin təxminən 40%-nə təsir edəcək. Bəzilərini əvəz edəcək, digərlərini tamamlayacaq. Onun potensialından istifadə etmək üçün bizim ağıllı siyasət balansına ehtiyacımız var. Biz məhsuldarlığı və gəlirləri artıra, qlobal iqtisadi artımı sürətləndirə biləcək texnoloji inqilabın astanasındayıq. Bununla belə, bu, həm də iş yerlərinin itirilməsinə və bərabərsizliyin artmasına səbəb ola bilər”, - Georgiyeva vurğulayıb.
Onun sözlərinə görə, süni intellekt inkişafının qlobal iqtisadiyyata təsirini proqnozlaşdırmaq çətindir, çünki bu, “ox mürəkkəb şəkildə baş verəcək.
"Nəticələr təəccüblüdür: qlobal məşğulluğun demək olar ki, 40%-i süni intellektdən təsirlənir. Qabaqcıl iqtisadiyyatlar inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan iqtisadiyyatlarla müqayisədə daha böyük risklərlə, eləcə də daha böyük imkanlarla üzləşirlər", - deyə fondun rəhbəri əlavə edib.
Qeyd olunub ki, əmək gəlirinə təsir əsasən süni intellektin yüksək gəlirli işçilərə nə dərəcədə kömək etməsindən asılı olacaq: "Əgər AI yüksək gəlirli işçilərin iş yükünü əhəmiyyətli dərəcədə yaxşılaşdırarsa, bu, onların əmək gəlirlərinin qeyri-mütənasib artmasına səbəb ola bilər. Bundan əlavə, süni intellekt tətbiq edən şirkətlərdə məhsuldarlıq artımı, çox güman ki, kapitalın daha yüksək gəlirlərinə gətirib çıxara bilər. Bu da daha çox fayda verə bilər".