2023-cü ildə Gürcüstan hökuməti nəzərdə tutulduğundan 283 milyon lari (106 milyon dollar) çox vergi toplayıb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Ümumilikdə büdcəyə 17 milyard lari (6,4 milyard dollar) daxil olub:
ƏDV – 6,8 milyard lari, planın 99,8%-i;
gəlir vergisi – 5,57 milyard lari, planın 101,6%-i;
aksiz vergisi - 2,27 milyard lari, planın 102,3 faizi;
mənfəət vergisi – 2,02 milyard lari, plana 100,9%;
idxal vergisi – 151,2 milyon lari, plana 100,8%.