Türkiyədən 316,8 min ədəd ərzaq yumurtasının növbəti partiyası Rusiyaya idxal edilib.
Modern.az TASS-a istinadən xəbər verir ki, yanvarın 25-nə olan məlumata görə, bu ölkədən Rusiya Federasiyasına 1,5 milyon ədəd yumurta idxal edilib.
Bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb. Onu da əlavə ediblər ki, yüklər anbara daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.