10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
29 yanvar 2024-cü il tarixində QSC-nin ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi BFB-da rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İŞ” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Mənbə: bfb.az