Modern.az

Azərbaycanda sosial yardım artacaq? - VİDEO

Azərbaycanda sosial yardım artacaq? - VİDEO

İqtisadiyyat

26 Yanvar 2024, 22:37

Ünvanlı sosial yardım alanların ödənişlərində artım olacaq.

 

Modern.az-ın məlumatına görə, mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə təsir göstərəcək.

 

DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir etsə də, hazırda faydalanalar üçün də imkanlar yaradır.

 

Ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur. Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan çıxılır və həmin ailə daha çox yardım ala bilər.

 

Daha ətraflı aşağıdakı süjetdə:

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi