Modern.az

Gürcüstanın şərab ixracı azalıb, dəyəri isə artıb

Gürcüstanın şərab ixracı azalıb, dəyəri isə artıb

İqtisadiyyat

29 Yanvar 2024, 09:52

2023-cü ildə Gürcüstandan şərab ixracının həcmi azalsa da, dəyəri artıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, rəsmi statistika qurumu olan "Sakstat"ın məlumatına görə, ölkədə 257,7 milyon dollar dəyərində şərab satılıb.

 

Bu da bir il əvvəllə müqayisədə 2,4% çoxdur. Eyni zamanda, cəmi 89,5 min ton ixrac edilibsə, 2022-ci ildə bu rəqəm 101,6 min ton olub.

 

Ən böyük şərab idxalçısı Rusiyadır. Rusiya Federasiyasına ixracın həcmi 69,9 min tondan 62,3 min tona qədər azalsa da, dəyəri 160,8 milyon dollardan 168,3 milyon dollara yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi