2023-cü ildə Gürcüstandan rekord məbləğdə - 1,47 milyon dollarlıq pendir və kəsmik ixrac edilib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Satışların 94%-i Ermənistana (53%) və Kanadaya 41%) olub. Qalanı isə ABŞ, Honq Konq, BƏƏ, Türkiyə və Qazaxıstana ixrac edilib.
Bu məhsulların ixracı 2017-ci ildən etibarən davamlı olaraq artır.
2017-ci ildən 2023-cü ilə qədər əvvəlki 6 illik dövrlə müqayisədə artım 524% təşkil edib.