“2017-2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş ümumi gəlir 1.19 milyard manat olub”
Modern.az xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat konfransında söyləyib.
O bildirib ki, hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib:
“2022-ci illə müqayisədə ümumi satış gəlirlərindən 15% artım qeydə alınıb. Bu vəsaitin 210.1 milyon manatı ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2023-ci illə müqayisədə 11%, yerli bazarda satış gəlirləri isə 81% artıb”.
Şəbnəm Zahir