Modern.az

Azərbaycan süni brilyant istehsal edəcək

Azərbaycan süni brilyant istehsal edəcək

30 Yanvar 2024, 12:52

Laborator şəraitdə süni brilyantlar bir çox sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur. Süni brilyantların istifadəsi və tətbiqi sürətlə artır.

 

Modern.az-ın xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

 

O bildirib ki, ötən ilin payızında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Hindistan şirkəti arasında Ələt Azad İqtisadi Zonasında belə bir istehsal qurulması üçün anlaşma memarondumu imzalanıb: "Müqavilənin şərtləri bizə uyğundur. Süni brilyantın yeganə fərqi onun daha qısa müddətdə 2-3 həftəyə ərsəyə gəlməsidir. Qeyd edim ki, süni brilyantın xammalı təbii brilyantdan götürülür”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi