Modern.az

“AzerGold” ötən il hasilatı artırıb

“AzerGold” ötən il hasilatı artırıb

İqtisadiyyat

30 Yanvar 2024, 20:59

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə qızıl hasilatı 63,7 min unsiyaya çatdırılıb.

 

Səhmdar Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, 2022-ci illə müqayisədə ötən il 1,7 min unsiya artım (3 faiz) qeydə alınıb. Bu, həm də fəaliyyət dövrü ərzində ən yüksək illik göstəricidir.

 

2024-cü il üçün qızıl hasilat planı isə 2023-cü illə müqayisədə 9 faiz artaraq 70 min unsiya təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi