Gürcüstan Milli Bankın məlumatına görə, 2023-cü ildə ölkə 4,125 milyard dollar turizm gəliri əldə edib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 608,7 milyon dollar çoxdur.
Ölkəyə ən çox gəliri Rusiya (938,3 milyon dollar) və Türkiyə (639 milyon dollar) vətəndaşları gətirib.
Eyni zamanda, bir ildən artıqdır ki, Gürcüstanda olan rusların 30,5%-nin, belarusların 42,5%-nin və ukraynalıların 30,3%-nin xərcləri statistikaya daxil edilməyib.