Modern.az

2023-cü ildə “AzerGold”un məşğulluq göstəriciləri artıb

2023-cü ildə “AzerGold”un məşğulluq göstəriciləri artıb

İqtisadiyyat

2 Fevral 2024, 12:46

2023-cü ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat və emal işlərini davam etdirdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. Hesabat ilində “AzerGold” və onun törəmə şirkətlərində - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də çalışan əməkdaşların sayı ümumilikdə 16.3% artaraq 989 nəfər (“AzerGold” QSC-də 693 nəfər, törəmə şirkətlərdə 296 nəfər) təşkil edib.

 

Modern.az xəbər verir ki, əməkdaşların 52%-i (515 nəfər) ölkəmizin regionlarını, xüsusilə Gəncə, Daşkəsən və Göygöl rayonlarını təmsil edir.

Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində podratçı şirkətlərlə bərabər 2000 nəfərdən çox insan üçün daimi iş yeri yaradılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi