Modern.az

Mərkəzi Bank iki şirkətə lisenziya verdi

Mərkəzi Bank iki şirkətə lisenziya verdi

İqtisadiyyat

6 Fevral 2024, 16:28

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə investisiya fondunun idarəçisi olan “İnvest Az Asset Management” MMC-nin lisenziyası bərpa edilib.



Modern.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. “İnvest Az Asset Management” MMC-dir. Şirkət 31 yanvar 2024-cü ildən yeni lisenziya əldə edib.



Qeyd edək ki, investisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir. Bununla da, investisiya fondunun idarəçisi olan şirkətlərin sayı yenidən 1-dən 2-yə yüksəlib. İnvestisiya fondunun digər idarəçisi isə “AzFinance Asset Management” MMC-dir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada