Modern.az

Dünyanın ən bahalı EVİ

Dünyanın ən bahalı EVİ

İqtisadiyyat

8 Fevral 2024, 14:36

ABŞ-ın Florida ştatında 3 ev kompleksinin və təxminən 3,6 hektar ərazinin sahibləri mülkü 295 milyon dollara satışa çıxarıblar.

 

Modern.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, əgər bu qiymətə alınarsa, indiyə qədər satılan ən bahalı ev olacaq.

 

Daşınmaz əmlak ekspertlərinin dediyinə görə, bu qiymət digər şeylərlə yanaşı, onun cəlbedici yerləşməsi ilə izah olunur. Belə ki, ev Meksika körfəzinin sahilində yerləşir.

 

Lakin evin bir az aşağı qiymətə alınma ehtimalı var. Son illərdə ən azı iki ev - Los-Anceles bölgəsindəki "Casa Encantada" villası və Nyu-Yorkun elit bölgəsində bir villa 250 milyon dollara satışa çıxarılmışdı. İndi onların qiyməti 195 milyon dollara düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi