Modern.az

Mərkəzi Bankın sədri investisiya şirkətlərinin rəhbərləri ilə görüşdü

Mərkəzi Bankın sədri investisiya şirkətlərinin rəhbərləri ilə görüşdü

İqtisadiyyat

9 Fevral 2024, 11:38

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə AMB sədri “X” sosial şəbəkəsində paylaşım edib.

 

“Görüş zamanı ölkədaxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivliyə həsr edilmiş təqdimat keçirildi.

 

Həmçinin, ötən il üzrə ölkədə kapital bazarlarının fəaliyyətinin nəticələri və onların maliyyə sistemində rolunun artırılması, maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlərə dair fikir mübadiləsi apardıq” - Taleh Kazımov paylaşımda bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi